​Saakaşvilidən 18 mart xəbərdarlığı

Baxış sayı:
5755

Ukrayna hakimiyyəti martın 18-də tərəfdarlarımın təşkil edəcəyi marşın qarşısını almağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
“Mənim mənbələrim məlumat verir ki, 18 mart marşının qarşısının alınması üçün qərargah yaradılıb. Bu qərargaha Poroşenkonun çirkin metodları ilə Berezenko və Kovalçuk daxil edilib. Onlar paralel şəkildə Azadlıq və Milli Korpusu Kreşatikdə təşkil ediləcək mərasimə qatılmağa sövq edəcəklər”, - Saakaşvili bildirib.
Qeyd edək ki, bir müddət əvvəl M.Saakaşvili martın 18-də tərəfdarlarına səslənərək Ukrayna hakimiyyəti əleyhinə ümumxalq marşı təşkil etməyi istəmişdi.