S-400-lər Türkiyə üçün seçim deyil, suverenlik problemidir

Baxış sayı:
13765

Türkiyənin Vəkillər Birliyinin rəhbəri Mətin Feyzioğlunun moderatorluğu ilə reallaşdırılan "Xüsusi Gündəm" canlı veriliş proqramında, Maltəpə Universitetinin müəllim professor Həsən Ünal, Üfüq Universitetinin müəllimi professor Sencer İmer, təqaüdçü general Nejat Eslen və təqaüdçü admiral Əli Dəniz Kutluk "S-400 havadan müdafiə sistemləri" və "Şərqi Aralıq dənizindəki təbii qaynaqların çıxarılması"nın da aralarında olduğu, Türkiyənin gündəmində olan mövzuları müzakirə edib. Feyzioğlu, Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasının əhəmiyyətinə işarə edərək belə söyləyib:
 
TƏHLÜKƏSİZLİK ÜÇÜN ŞƏRTDİR
 
"Türkiyə dərhal havadan müdafiə sistemini ən güclü şəkildə qurmaq məcburiyyətindədir. Ankarada yaşayırsınız, təhlükəsizliyiniz üçün, Atatürk bəndi, körpülərimiz, fabriklərimiz, şəhərlərimiz, 82 milyonun təhlükəsizliyi üçün bu vacibdir. Türkiyəyə raketlə hücum edib, böyük dağıntı yaradacaq ölkələr var. ABŞ və Rusiyanı bir kənara buraxıram, İran var... İranın əgər istəsə, Türkiyəyə hücum edib, ağır bir dağıntı yaratma gücü var. Təəccüblənəcəksiniz, Suriya var... Suriyanın əlindəki raketlər Türkiyəyə ağır zərər verə biləcək gücdədir. İsrailin və Ermənistanın əlində raketlər var. Böyük Türkiyə dövləti bunlara qarşı təsirli müdafiə sistemi üçün NATO-ya möhtac vəziyyətindədir.
 
İDDİADA BELƏ OLMADIQ 
 
S-400 havadan müdafiə sistemləri Türkiyə baxımından bir seçim olmaqdan çıxmış, 82 milyonun can təhlükəsizliyini qorumaq adına bir suverenlik problemi halına gəlmişdir. Türk hökumətinin mövqeyi heç bir zaman S-400-ləri mövcud NATO radar sisteminə inteqrasiya etmək olmamışdır".
 
Ətrafımız atəş təhlükəsi altındaır
 
Üfüq Universitetiin professoru Sencer İmer: "Türkiyə özünü havadan zəmanət altına almaq məcburiyyətindədir. Bu, bir müdafiə sistemidir, bir hücum sistemi deyil".
 
Təqaüdçü general Nejat Eslen: "Türkiyənin ətrafı atəş təhlükəsidir. Təhdid qaynaqları şərqdən gəlmir, Qərbdən, NATO içindən gəlir. Silah sistemlərimizi də bu təhdidlərə görə seçməmiz lazımdır"
 
Təqaüdçü admiral Əli Dəniz Kutluk: "S-400 doğru sistemdir. Üstünlüklərinə görə sıraya qoysaq, birinci yerdə S-400 var, ikinci yerdə Çin raketləri, üçümcü yerdə “Patriot”-dur. Biz S-400 aldığımızda dünyada başqa alan yox idi. İndi Hindistan almağa çalışır".
Müxalifət.az