S-400-ə bir də bu prizmadan baxın - TƏHLİL

Baxış sayı:
8221

Türkiyə və S-400 müzakirələrinə bir də bu prizmadan baxmaq lazımdır. Böyük bir orduya sahib Türkiyə var. lakin 15 iyul çevriliş cəhdini xatırladığımız bu günlərdə daha da yaxşı anladığımız kimi, ordunun bir qisimi iradəsini ölkə xaricindəki güclərə təslim etmişdi. Məsələn, Suriyada PKK-nın və ya İŞİD-ın əl qol açıb, gücləndiyi və işğallar həyata keçirdiyi günlərdə bütün siyasi iradəyə baxmayaraq Türkiyənin əməliyyat təşkil edilə bilməməsi tam olaraq bu iradə təslimiyəti ilə əlaqəli idi. Bu da təbii olaraq Türkiyənin caydırıcılığını bu prosesin iplərini əllərində tutanların nəzdində olduqca aşağı saldı. Eyni şəkildə, Suriyadakı dövlət və xaricindəki aktyorlar nəzdində də vəziyyət eyni oldu.
 
Ancaq 15 iyulun bütün dağıntılarına baxmayaraq Türkiyə əvvəl “Fərat Qalxanı”, sonra da “Zeytun Budağı” Hərəkatlarını keçirərək sahədə caydırıcılığını yenidən təsis etmiş oldu. O zamana qədər şəxsən FETÖ-nun ipini əlində tutanlar, mövqe, hazırlıq vəziyyəti və təhcizat yetərlliliyindən dəm vurarkən, hər iki hərəkatda da qətiyyətli və nəticə əldə edici bir fəaliyyət ortaya qoyuldu. Yüklərindən xilas olan Türkiyə, konkret addımlar ataraq caydırıcılığını yenidən təsis etdi. Məsələn, ABŞ-ın “Zeytun Budağı” əməliyyatında müttəfiqi olan PKK/YPG-nin yanında yer almaması, birbaşa Türk ordusunun “Fərat Qalxanı” əməliyyatındakı konkret nailiyyətləri ilə əlaqəli idi.
S-400 də bu caydırıcılığa malik bir nailiyyətdir. Təbii ki, Türkiyə öz yerli müdafiə sistemlərinə sahib olana qədər heç bir sistemdən Türkiyəni tam mənasıyla təmin edəcək müdafiə imkanları gözləməyəcək. Lakin Vaşinqtondan yüksələn bütün təzyiq ifadələrinə baxmayaraq Türkiyənin milli mənfəətləri mövzusunda hər hansı bir geri addım atmayacağı mesajı, Türkiyənin orta və uzun vədədə cayndırıcılığını və ABŞ nəzdindəki əlini nəinki zəiflətməyəcək, əksinə gücləndirəcək.
Müxalifət.az