Rusyadan İrana soyuq duş: İSRAİL İLƏ RAZILAŞDIQ

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenza: “Rusiya və İsrail Suriyadakı İran qüvvələrinin ölkədən çıxarılması məsələsində razılığa gəlib. Anlaşmanın dərhal həyata keçirilib, keçirilməyəcəyini deyə bilmərəm. Amma tərəflər anlaşmadan məmnundur. İndi olmasa da, gələcəkdə tətbiq olunacaq.
Rusiya, BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) iyun ayında sədrlik edəcək. Rus səfir Nebenza, BMT TŞ sədri olaraq jurnalistlərə açıqlama verib.
Nebenza, Rusiya və İsrailin Suriyadakı İran qüvvələrinin ölkədən çıxarılması məsələsində razılaşdığı istiqamətindəki xəbərlərə dair bir suala belə cavab verib:
“Başa düşdüyüm kimi, razılığa gəlinib. Anlaşmanın həyata keçib, keçirilməyəcəyinə cavab verə bilmərəm, amma tərəflər anlaşmadan məmnundir. İndi tətbiq olunmasa da, gələcəkdə olacaq”.
Müxalifət.az