Rusiyanın “Soyuz” raketini ildırım vurdu
28-05-2019 13:25
Baxış sayı:
4402

Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk kosmos bazasından Glonassım navigasya peyki ilə birlikdə kosmosa qalxdlğı sırada “Soyuz-2.16” peykinin üzərinə ildırım düşüb, ancaq raketin fəzaya buraxılma əməliyyatı normal şəkildə reallaşdırılıb.
Raket ildırım vurmasına baxmayaraq müəyyən olunan saatda orbitə yerləşib.
"HƏR ŞƏRTDƏ İŞLƏYƏ BİLİRİK"
Plesetsk kosmos bazasının rəhbəri general Nikolay Nesteçuk "Hava maneə deyil, biz hər cür hava şəraitində işləyə bilirik. Bu vəziyyət ildırımın kosmik raketimizə zərər vermədiyini bir dəfə daha gözlər önünə sərir" deyib.
Müxalifət.az