​Rusiyanın məxfi sualtı qayığında yanğın: Şoyqu Putinin tapşırığı ilə hadisə bölgəsinə getdi

Baxış sayı:
6171

Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı aparatında baş vermiş yanğın və 14 dənizçinin həlak olması hadisəsi nə qədər məxfi saxlanılsa da bəzi detallar üzə çıxmağa başlayıb. Artıq yanğının yüksək məxfilik daşıyan AS-12 “Loşarik” sualtı qayığında baş verdiyi məlumdur. Həmin sualtı qayıq 6 kilometrə qədər dərinliyə enə bilir və əsasən suyun altında biometrlik ölçmələrin aparılması üçün nəzərdə tutulub. AS-12 bir neçə titan sferadan ibarətdir və onun texniki xarakteristikası məxfi saxlanılır. Hərçənd təxmin edilir ki, uzunluğu 79 metrə, eni 7 metrə çatır. “Loşarik” öz adını sovet multfilminin qəhrəmanından-kürəciklərdən düzəldilmiş atdan götürüb. Sualtı qayığın layihəsi hələ sovet dövründə hazırlanıb. Qayıq atom mühərriki sayəsində suyun altında bir neçə ay qala bilir. Habelə məlumdur ki, yanğın Barents dənizində baş verib, sualtı qayığın heyəti Sankt-Peterburq yaxınlığındakı Petroqrafda yerləşən hərbi hissədə qulluq edirdilər. Qayıq özü isə Murmanskdakı atom sualtı qayıqları bazasına aid idi. Rusiya KİV-lərinə danışan mənbələrə görə yanğın atom sualtı stansiyanın elektrik şəbəkəsindən başlaya bilərdi. Qayğın 25 nəfər heyət üzvü yanğını söndürməyə çalışıb, amma onlardn 14 nəfəri zəhərlənərək ölüb. Qalanları qayığı sahilə çıxara biliblər. Hazırda “Loşarik” Murmansk vilayətindəki qapalı Hacıyevo şəhəri sahilindədir. Ölənlərin 7-i 1-ci dərəcəli kapitan ranqınadır, ikisi isə Rusiya Qəhrəmanı adını daşıyırdı. Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin tapşırığı ilə 14 dənizçinin həlak olması ilə nəticələnən yanğının araşdırılmasına nəzarət etmək üçün bu gün Severomorska gedib. Şimal donanmasının komandanı, vitse-admiral Aleksandr Moiseyev və Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Nikolay Yevmenov ona hadisə ilə bağlı məlumat veriblər. Habelə xəbər verilir ki, hadisə ilə bağlı Petroqrafdakı hərbi hissədə də yoxlama aparılır. Yoxlamada hərbi əks-kəşfiyyatın əməkdaşları və digər güc strukturlarının nümayəndələri iştirak edirlər./Virtualaz