Rusiyanın çoxüzlü, məkrli Suriya siyasəti - Moskva kiminlədir? Türkiyə ilə, Əsədlə ya PKK/YPG ilə?

Baxış sayı:
3268

Bu yaxınlarda Rusiyanın dəstəklədiyi Əsəd rejimi silahlı müxalifətin əlində qalan son bölgə olan İdlibə hücumlarını artırdı. Canlarını qurtarmaq üçün 100 min suriyalı Türkiyə sərhədinə yaxınlaşdı. Suriya ilə sərhəddə BMT-nin "humanitar yardım" göstərmək üçün açılan nəzarət məntəqələri ilə bağlı qətnamənin müddətinin uzadılması Rusiya və Çinin vetosu ilə rədd edildi. Yəni, yanvarın 5-dən gec olmayaraq Türkiyə sərhəd keçidlərinin sayını ikiyə endirməlidir ... Rusiya bir tərəfdən Türkiyə ilə birlikdə "Suriya siyasəti" yürüdür, digər tərəfdən isə Suriyanın İdlibə nəzarət etmək üçün endirdiyi hava hücumlarını dəstəkləyir. Suriya ordusu Maarat əl-Numan şəhərinin yaxınlığında yerləşən və strateji əhəmiyyət daşıyan, İdlibin cənub-şərqində qərar tutan Cərcanaz şəhərini nəzarətə götürdü. Əvvəllər əl-Nusra adı ilə tanınan “Xuras ad-Din” və “Xayyat Tahrir al-Şam” əleyhinə əməliyyat keçirir. Dekabrın 20-də quru əməliyyatına başlayan rejim qüvvələri son 5 gün ərzində 37 yaşayış məntəqəsini ələ keçirib. Məlumdur ki, Əsəd rejiminin yerdə irəliləmək məqsədi ilə başlatdığı hücum İran tərəfdarı xarici terror qrupları, habelə Rusiya xüsusi təyinatlı qüvvələrinin rəhbərlik etdiyi “Beşinci Legion” tərəfindən dəstəklənir. İdlib əsasən “Əl-Qaidə”nin Suriya qanadı kimi tanınan, “Ən-Nusra” adlanan XTS tərəfindən idarə olunur. Bu təşkilatı izləmək çətindir və böyük hərbi təcrübəyə malikdir. Xuras ad-Din təşkilatı Suriyada yerləşən cihadçıların çətiraltı birliyidir. Türkiyənin, Rusiya ilə bağlanmış müqaviləyə əsasən bölgədə 12 müşahidə postuna sahibdir. Cihadçıların və silahların bölgədən çıxarılması, eyni zamanda burada iki ölkənin nəzarətində olması barədə razılıq əldə edildi. Rusiya ilə Türkiyə arasındakı müqavilədə M4 Hələb - Latakaya və M5 Hələb - Hama yollarında nəqliyyatın sərbəst hərəkətinin bərpa edilməsi də nəzərdə tutulub. ASO üzvləri şəhiddir? Astana razılaşmalarının terrorçulara şamil edilmədiyi tezisindən istifadə edərək Rusiya və Əsəd rejimi İdlibdə hərbi əməliyyat keçirmək və "terrorçulardan təmizləmək" məqsədi güdür. Problem ondadır ki, hər ölkənin öz terrorçuları var. Dəməşq üçün bölgədə fəaliyyət göstərən Azad Suriya Ordusu (FSA) "terror təşkilatı" olsa da, Türkiyə bu təşkilatın ölən üzvlərini "şəhid" adlandıra bilər. İran şiə gücünü və bölgədəki təsirini qorumaq istəyir, Suriyanı isə Qərbdən gələn təhdidlərə qarşı bir tampon və müttəfiq olaraq istifadə etmək istəyir. ABŞ Suriyadakı PKK/YPG terrorçularını öz tərəfinə çəkərək, Rusiyanın bölgədəki fəallığını minimuma endirməyə çalışır. Türkiyə isə terrorçulardan təmizlənmiş və bir sünni rəhbərliyinin idarə etdiyi bir ölkə ilə qonşu olmağa çalışır. Türkiyə YPG/PKK məsələsində digər ölkələrin dəstəyini qazana bilmir. İdlibdəki terror qruplaşmalarında iştirak edənlərin sayı 30-40 min arasında qiymətləndirilir. Üç milyon əhalisi olan bir şəhərdə nə qədər mülki şəxsin həqiqətən “dinc əhali” olduğu aydın deyil. Ancaq bir şey göz qabağındadır: əsl mülki insanlar yaraqlılar ilə Şam rejimi arasında-bir qaya və çəkiç arasındakı kimi sıxışdırılır. İnsanlar özlərini təhlükəsiz hiss etdikləri Türkiyə ilə sərhədə keçirlər. Axı, şəhərdə qalanların ölüm riski var. Prezident Ərdoğanın sözlərini kimin dinlədiyinə baxaq: "Biz belə yükü təkbaşına daşımayacağıq". Ancaq qapımızda yenə faciələr olacaq. "T24" Tərcümə Muxalifet.az-ındır.