RUSİYANIN BU SİLAHLARI İLK DƏFƏ SƏRGİLƏNDİ - FOTOLAR
Muxalifet.az xəbər verir ki, Abu Dabidə keçirilən IDEX 2019 adlı Müdafiə Texnologiyaları Sərgisində 65-dən artıq Rusiya şirkəti silahlarını təqdim edib.
Sərgi dünən açılıb.
Hazırda Rusiya Körfəz və Yaxın Şərq bazarında yeni silah satışı müqavilələri imzalayıb.
Rusiyanın sərgidə təqdim elədiyi ən yeni silahlarından bəziləri:
1. Birdəfəyə 4 hədəfi eyni anda vuran Taret Pantsir-ME-nin gəmilərdə istifadə edilən versiyası olan silah, 2 ədəd lüləsi və 8 ədəd raketi var. Hamısı müxtəlif istiqamətlərdən gəlsə belə, 4 hədəfi eyni anda vura bilir.
2. VİKİNG BUK-M3 hava hücumundan müdafiə sistemi. Hər bir raket 65 km məsafədən düşmən təyyarələrini vura bilir.
3. SHOCKWAVE sığınacaq ovçusu. S-13T havadan atılan raketlərin sərt zəmin və ya qalın beton içərisində sürətlə irəliləyə bilən versiyası. Sığınacaq, səngər və yeraltı hərbi mərkəzləri məhv eləmək üçün hazırlanıb.
4. İstiyədavamlı tank. Yüksək texnologiyalı T-90 ana müharibə tankının müasir versiyası olan T-90MS, inkişaf eləmiş döyüş qabiliyyətinə malikdir. Yüksək temperaturda və çətin sahələrdə fəaliyyət göstərə bilməsi onu səhra əraziləri üçün əvəzolunmaz edir.
5. Kalaşnikov kamikadze dronu. Rusiyanın əfsanəvi Kalaşnikov silah şirkəti tərəfindən hazırlanan kamikadze dron hədəfə çatdığı zaman partlayır. İstehsalçılar 130 km/saat (81 mph) sürətlə uça bildiyini və ənənəvi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının çox çətin olduğunu söyləyirlər.
6. Putinin zirehli limuzini. Rusiya Ədu-Dabidəki sərgiyə prezident V.Putinin də istifadə elədiyi “Aurus” zirehli limuzinlərini gətirib. Rusiyanın mühüm şəxsləri bu gülləkeçirməz avtomobillərdən istifadə edirlər.
7. Rusiya Kalaşnikov odlu silahları içərisində ən yaxşılarından olan AK-103 avtomatını Səudiyyə Ərəbistanına ixrac eləməyə başlayıb. İndi silahların Səudiyyə Ərəbistanında ortaq istehsalı üçün iki ölkə arasında danışıqlar aparılır.
S-400-lər üçün yeni danışıqlar
S-400 hava hücumundan müdafiə sistemlərinin satışı üçün Səudiyyə Ərəbistanı ilə Rusiya arasında danışıqlar aparılması rusiyalı mənbələr tərəfindən təsdiqlənib. Riyad hökuməti də silah satın almaq niyyətini 2017-ci ildə rəsmən bəyan eləmişdi.