Rusiyanın Avrasiya ölkələrini əlində saxlamaq naminə "qamçı və kökə" siyasəti...-Təhlil

Baxış sayı:
13855

İllərdir Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişədə mürəkkəb rol oynayır. Bakı ilə İrəvan uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə diplomatik münasibətlər saxlamasalar da, Moskvanın hər iki ölkədə ciddi biznes maraqları var.
Noyabrın 5-də, erməni tərəfinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) hərbi-texniki əməkdaşlıqda "bütün iştirakçı ölkələrin maraqlarını nəzərə almaq" çağırışının səbəbi Moskvanın hərəkətlərinin və biznes maraqlarının yaratdığı gərginlik idi. Bu, Rusiyanın, Ermənistandan fərqli olaraq, nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə üzv olmayan Azərbaycana silah satışına birbaşa işarə idi.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Moskvanın mövqeyini müdafiə etdi. Kalaşnikov bildirdi ki, Rusiya Ermənistana daha çox hərbi texnika, o cümlədən digər ölkələrə satmayan silahlar da verir.
Bu, olduqca mübahisəli bir bəyanatdır, lakin Rusiya Ermənistanın müdafiəsini artırmağa dəstək verdiyini vurğulayır. Xüsusilə fevral ayında, dörd yeni Su-30SM hücum təyyarəsinin gətirilməsi planlaşdırılır. Ancaq son hadisə iki müttəfiq arasında sürtünmə yaratdı. Noyabrın 5-də Rusiyanın tüfəng istehsalı üzə dövlət şirkəti olan ORSIS elan edib bildirdi ki, İrəvan silah tədarükü tenderindən kənarlaşdırıldığına baxmayaraq,  şirkətlə qeyri-rəsmi şəkildə işə davam etməyə çalışır. ORSIS, işin məhkəməyə çatmayacağına ümid etdiyini bildirdi.
Moskva, "dəyərli alıcısını" itirmək istəmir. Erməni tərəfinin bəyanatına şərh olaraq, Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Bakıya səfəri zamanı "hərbi-texniki əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biri olduğunu" ifadə edərək xüsusi vurğuladı.
Moskva uzun illərdir ki, Avrasiya ölkələri ilə münasibətlərdə “qamçı və kökə”siyasətini tətbiq edərək bölgədəki hərbi texnikanın əsas tədarükçüsü rolundan istifadə edir. Noyabrın 27-də Rusiya Müdafiə Nazirliyi Qırğızıstan silahlı qüvvələrinə iki ədəd Mi-8MT helikopteri, həmçinin bir cüt P-19 radar stansiyasını təhvil verdi. Bu Moskvanın bu tip vertolyotları Qırğızıstana ikinci tədarükü idi, birinci dəfə aprel ayında, Bişkek də 9 zirehli personal daşıyıcısı satılmışdı.
Prezident Sooronbay Jeenbekovun hakimiyyəti dövründə Rusiya-Qırğızıstan münasibətləri sabit qallır, baxmayaraq ki, bu il Putin Qırğızıstan hakimiyyətini çəkindirməyə çalışsa da, "Rusiyapərəst" Almazbek Atambayevi həbsdən xilas edə bilmədi.

Qırğızıstanda keçmişdəki siyasi fikir ayrılıqları Rusiya üçün əlavə investisiya imkanları yaratdı. Məsələn, 2015-ci ildə rus dağ mədənləri Alyansının - "Vostok-Geoldobycha"nın “qızı”, Qırğızıstanın dövlət qızıl yataqları istismarı müəssisəsi – Qırğızaltından 10 milyon dollar az təklif etməsinə baxmayaraq, Qırğızıstandakı ölkənin ikinci ən böyük –Ceruy qızıl mədən müəssisəsini istismar hüququ aldı.
Qəribədir ki, qızıl mədəni Atambayevin sələfi Kurmanbek Bakiyev və ailəsinin dörd üzvü o zaman istismar lisenziyası olan “Oxus Gold”un sahibi İngilis iş adamını öldürmək məqsədilə sui-qəsd ilə ittiham edildikdən sonra tenderə çıxarıldı. 

Rus alyansının işi Ceruyda "Oxus"dan yaxşı gedir. Noyabrın 11-də Alyans, qırğız qızılının Rusiyaya sürətlə axını təmin edən yataqda partlayış əməliyyatlarına başladığını elan etdi.
Bununla yanaşı, əhəmiyyətli pul kütləsi əks istiqamətdə - Rusiyadan Orta Asiyaya - əmək miqrantlarından pul köçürmələri şəklində gedir. Tacikistan hökuməti yaxınlarda öz faizini almaq niyətini açıqladı. Sentyabr ayında Tacikistan Milli Bankı bu pul axınları nəzarətə götürəcəyini açıqladı. Gözlənildiyi kimi, yeni sistem dekabrın 1-də işə düşəndən bəri, Düşənbə ilə müvafiq müqavilələr bağlayan şirkətlər vasitəsi ilə edilən köçürmələr barədə məlumatlar əlçatan deyildi. Yeni sistemin problemləri Tacikistan iqtisadiyyatının çox asılı olduğu pul köçürmə sistemini poza bilər.
Tacikistanın əmək miqrantlarının ailələri bundan əziyyət çəkirlər, lakin Rusiya və Tacikistanın iş ortaqlığına davam edirlər. Düşənbənin son vaxtlar Pekinə üstünlük verməsinə baxmayaraq, Moskva əsas ticarət tərəfdaşı olaraq qalır. Rusiya, Düşənbənin həddindən artıq böyük borclarına və hava nəqliyyatı sahəsində ciddi problemlərə baxmayaraq, Tacikistana təyyarə satışını maliyyələşdirməyə hələ hazırdır.
Noyabrın 21-də Tacikistan prezidentinin qardaşı olan Hassan Asadullozodeyə yaxın olan Somon Air şirkəti, iki Embraer E190E2 təyyarəsinin Rusiyanın dövlət bankı VTB vasitəsil lizinq yolu ilə alındığını elan etdi. Razılaşmanın şərtləri açıqlanmır. Somon Air imtiyazlı mövqeundən istifadə edir: mütəmadı olaraq “çörək dalınca” Rusiyaya və geri uçan əmək miqrantlarının uçuşlarına nəzarət edir.
Bu cür marşrutlar “çətinlliklərlə böğuşan” Rusiya aviaşirkətlərinin özlərinə də mane olmaz.
Bu gün onlar üçün Qafqaz istiqaməti "buludsuz" deyil: Moskva turistlər üçün cəlbedici olan Gürcüstana uçuşlara qoyduğu qadağanı ləğv etmir. Noyabrın 19-da Rusiyanın aparıcı nəşri olan "Vedomosti" xəbər verir ki, Putinin Gürcüstanla hava əlaqələrini kəsmək qərarı nəticəsində qazancını itirmiş Rusiya aviaşirkətləri, Kremlin o vaxt vəd etdiyi itkilərin ödənilməsinə "çox ehtiyac duyurlar". "Vedomosti" nin məlumatına görə, qadağa Rusiya aviaşirkətlərinə 3,2 milyard rubla (50 milyon dollar) başa gəlib. İndisə, üç aviaşirkətin rəhbəri artıq kompensasiyaya ümid etmədiklərini etiraf etdilər.
"inosmi.ru"
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az