Rusiyadan yeni “Türkiyə və Su-35” açıqlaması

Baxış sayı:
11701

Moskvadan yerləşən Hərbi və Siyasi Analiz Bürosunun rəhbəri Aleksandr Mixaylov Rus S-35 döyüş təyyarələrinin bütün parametrlərdə ABŞ-ın 5-ci nəsil F-22 və F-35 döyüş təyyarələri ilə rəqabət edəcək gücdə, manevr qabiliyyəti baxımından isə daha yaxşı olduğunu ifadə edib. Rusiyanın dövlət şirkəti “Rostec”-in baş direktoru Sergey Çemezovun Su-35 döyüş təyyarələrini Türkiyəyə sövq etmək üçün işlərə başlamağa hazır olduqları açıqlamasına münasibət bildirən Mixaylov, bu mövzuyla əlaqədar bu fikirləri söyləyib: "Su-35 bütün taktika-texniki xüsusiyyətlər və parametrlər baxımından Qərbin beşinci nəsil döyüş təyyarələri F-22 və F-35 ilə rəqabət edəcək gücdə olan döyüş təyyarəsidir. Bəlkə yalnız görünməzlik və bəzi elektronik xüsusiyyətlər istisna olmaqla, bərabər vəziyyətdədirlər. Hətta Rus təyyarəsi üfüqi və şaquli itələmə-vektorlu mühərriki sayəsində maksimum sürətlə 360 dərəcə istiqamət dəyişdirə bilir və 5-ci nəsil döyüş təyyarələrinə xas bütün akrobatik hərəkətlərini edə bilir". Mütəxəssis Rusiya təyyarəsinin ABŞ-lı rəqiblərini geridə buraxdığı super manevr qabiliyyəti amili xaric, düşmən elektronikasına maneə törədən elektronik hərb sistemləri, avtomatik idarə sistemi və yeni hava hədəflərini təsbit sistemləri kimi müharibə şərtlərində pilota köməkçi olan bir silsilə elektronik yeniliklər ehtiva etdiyini söyləyib. Mixaylov "Rus döyüş təyyarəsinin sahib olduğu raketlər də Qərblilərə ciddi rəqabət meydana gətirir" deyə əlavə edib. Müxalifət.az