Rusiyadan yeni havadan müdafiə sistemi: Test edildi

Baxış sayı:
11578

Rusiyanın havadan müdafiə qüvvələrinin yeni bir havadan müdafiə sistemini müvəffəqiyyətlə test etdiyi açıqlanıb. Rusiya Müdafiə Nazirliyi yeni bir havadan müdafiə sistemini sınadığını bəyan edib. Testin müvəffəqiyyətlə reallaşdığı bildirilib, ancaq sınanan hava müdafiə sisteminin adı açıqlanmayıb. Rusiya Hava Müdafiə Qüvvələrinin komandirlərindən olan polkovnik Vladimir Sergiyenko Qazaxıstanda olan Sarı-şagan sınaq sahəsində reallaşdırılan testdə, havadam müdafiə sisteminin ondan gözlənilən imkanları doğrultduğunu və müəyyən olunan hədəfi məqsədəuyğun bir şəkildə vurub saldığını söyləyib. Müdafiə Nazirliyinin açıqlamasında, havadan müdafiə sistemlərinin havadan gələ biləcək hücumlar üçün lazım olan bir tədbir olduğu qeyd edilib, lakin test haqqında başqa bir məlumat verilməyib. Müxalifət.az