Rusiyadan Türkiyə ilə bağlı S-400 açıqlaması

Baxış sayı:
2953

Rusiyanın Ticarət naziri Denis Manturov S-400 havadan müdafiə sistemlərinin hissələrinin Türkiyəyə göndərilməsinin yaxın zamanda başlayacağını ifadə edib.
 
Manturov bir Rusiya agentliyinə verdiyi açıqlamasında, "ABŞ-ın müqavilə şərtlərinin yerinə yetirilməsinə maneə törətmə cəhdlərinə baxmayaraq Türkiyə S-400 havadan müdafiə sistemi satın alması məsələsində möhkəm və güzəştsiz bir davranış nümayiş etdirdi" deyib.
Rusiyanın Ticarət naziri S-400 havadan müdafiə sisteminin Türkiyəyə təhvil verilməsi üçün lazım olan bütün qərarların verildiyini bildirib.
Qeyd edək ki, hazırda ən yaxşı hava müdafiə sistemlərindən biri olaraq göstərilən S-400, insanlı, ya da insansız hər cür hava vasitəsi ilə yanaşı, həm kruiz, həm də ballistik raketləri məhv edə bilir.
Maksimum mənzili 400 kilometr, çata bildiyi ən yüksək irtifa da 30 kilometr olan bu sistem ayrıca, hər hədəfə iki raket yönəldərək, eyni zamanda 80 hədəfi vura bilir.
Sövq edildiyi təqdirdə, Türkiyə S-400 batareyalarına sahib ilk NATO ölkəsi olacaq.
Türkiyənin Rusiyadan dörd ədəd S-400 batareyası almasını nəzərdə tutan razılaşmanın dəyərinin 2.5 milyard dollar olduğu təhmin edilir.
Müxalifət.az