Rusiyadan şok etiraf – SANKSİYALAR 6,3 MİLYARD DOLLAR ZİYAN VURDU
19-02-2019 09:54
Baxış sayı:
14443

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Qərbin sanksiyalarından dəyən zərəri qiymətləndirib.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin sonu üçün Rusiyaya qarşı 62 ölkə 159 sanksiya tətbiq edib. Sanksiyalar ölkəyə 6,3 milyard dollar ziyan dəyib.
Bildirilir ki, sanksiyalardan ən çox iqtisadiyyatın metallurgiya, kənd təsərrüfatı və kimya sənayesinə kimi sahələrinə zərər dəyib.