Rusiyadan ƏRDOĞANIN S-500 TƏKLİFİNƏ CAVAB GƏLDİ

Baxış sayı:
4366

Rus ekspert Viktor Baranets, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya etdiyi S-500 raket əleyhinə müdafiə sistemlərini birlikdə istehsal etmə təklifini olduqca ekzotik və sirli hesab etdi.
 
Ərdoğanın S-500 təklifinə “Sputnik” agentliyində münasibət bildirən polkovnik Viktor Baranets, "Təklif olduqca ekzotik və sirli görünür. Çünki ən azından bu gün etibarilə S-400 raket əleyhinə müdafiə sistemləri qəbulu ilə bağlı bütün məsələlər həll edilmiş deyil. Üstəlik, S-500 kompleksləri test mərhələsindədir və Rus ordusunda hələ xidmətə alınmayıb" deyib.
Dolayısıyla, Rusiyanın S-500-ləri başqa bir ölkəylə birlikdə istehsal etməyə başlamasını hazırda mümkün görməyən Baranets, "Hökumətin uzun müddət öncə qəbul etdiyi bir qanna görə, yeni silahlar əvvəlcə Rus ordusunun xidmətinə təqdim olunacaq, yalnız bundan sonra birgə istehsalı və ya satışı söz mövzusu olacaq" deyə, bildirib.
Qeyd edək ki, Ərdoğan, 24 TV-də verdiyiaçıqlamada S-400-lərlə bağlı, "Rusiya bizə sağ olsun, çox uyğun şərtlərdə kredit verib. Həm də işin ikinci, üçüncü pilləsində birgə bir istehsala başlayacağıq. S-500-lərin də birgə istahsalı üçün Rusiyaya təklif etdim" demişdi.
Müxalifət.az