Rusiyadan kritik S-400 açıqlaması

Baxış sayı:
9673

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Gruşko Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini alması ilə bağlı razılaşmanın beynəlxalq qaydalara uyğun olduğunu, bütün qərarların alındığını bildirib.
 
Gruşko ABŞ-ın Türkiyəyə qarşı ola biləcək sanksiya tətbiqinə yönəlik verdiyi açıqlamada, "Biz uzun zaman əvvəl davranışımızı dilə gətirdik. Hər suveren dövlət hərbi -texniki sahədə öz tərəfdaşlarını seçmə haqqına sahibdir. Bütün qərarlar verildi, razılaşma beynəlxalq qaydalara uyğundur" deyə söyləyib.
Daha əvvəl mediada ABŞ prezidenti Donald Tramp rəhbərliyinin iyul ayında Türkiyəyə qarşı 3 sanksiya paketi tətbiq olunması ehtimalını qiymətləndirdiyi ifadə edilmişdi.
Müxalifət.az