RUSİYADAN DAHA BİR İDDİA - “Gəmilərin birində xüsusi xidmət orqanlarının əməkdaşları olub”

Baxış sayı:
4999

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski tutulan Ukrayna gəmilərindən birində xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğunu bildirib.

“TASS” agentliyi xəbər verir ki, Polyanski onların xüsusi tapşırıqla Rusiya sərhədlərini pozduğunu deyib:

“Gəmilərdən birində Ukrayna xüsusi xidmət orqanlarının 2 əməkdaşı olub. Onlar boynuna alıb ki, xüsusi tapşırıqla məhz bu cür hərəkət etməli olublar. Biz bu barədə ətraflı danışacağıq”.