Rusiyadan ABŞ-a reaktiv cavab

Baxış sayı:
5155

Rusiya parlamentinin alt qanadı Dumadan, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Bailey Hutchinsonun Rusiyanın Türkiyəni öz tərəfinə çəkmək istədiyi istiqamətindəki açıqlamasına cavab verilib.
 
Dumanın Müdafiə Komitəsi sədrinin müavini Yuriy Şvıtkin, “Russia Today” (RT)-ə verdiyi müsahibədə, Rusiyanın bütün ölkələrin maraqlarını nəzərə alaraq öz istəkləri istiqamətində müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, bunun yanında Moskvanın "hər hansı birlərinin ittifaqlarını pozmağa" və birlərini məcburiyyət yolu ilə öz tərəfinə çəkməyə çalışmadığını bildirib.
Şvıtkin, "ABŞ-ın ölkəmizə qarşı gərginliyi artırma aktları və öz müttəfiqlərinə bərabərhüquqlu olmayan davranışları, NATO üzvü ölkələrlə, Rusiyaya və beynəlxalq mühitə, həm də Amerikalılarla qarşılıqlı əlaqələrə daha fərqli gözlə baxmaq məcburiyyətində qoyur" deyə, söyləyib.
 
BU CÜR HƏRƏKƏTLƏR ABŞ-ın MÜTTƏFİQLƏRİNİ NARAHAT EDİR
 
 Washingtonun müttəfiqlərini, Rus silahlarından geridə olan silahları satın almağa məcbur etdiyini və ABŞ müdafiə sənayesinə lobbiçilik etdiyini söyləyən Şvıtkin, bu cür davranışların ABŞ-ın müttəfiqlərini narahat etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Bailey Hatçinson, Rusiyanın Türkiyə və digər NATO müttəfiqlərini öz tərəfinə çəkməyə çalışaraq NATO-dakı stabilliyi pozmağa çalışdığını irəli sürmüşdü.
Müxalifət.az