Rusiyada Azərbaycanlı tutulub - 1,2 kq xalis qızılla

O, qızılı tapdığı və satmaq üçün özündə saxladığını bildirib
 
Rusiyanın Zabaykal diyarında üzərində 1,2 kq xalis qızıl ilə Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə bazar ertəsi Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"O, Novaya Çara stansiyasının dəmir yolu vağzalında nəqliyyat polisi əməkdaşlarından qaçmağa çalışarkən saxlanılıb", - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşının üzərinə baxış zamanı içərisində 46 min 728 min dollarlıq 1,2 kq qızıl olan qutu aşkar olunub.
Saxlanılan şəxs qızılı qəsəbələrdən birindən tapdığını və satmaq üçün özündə saxladığını bildirib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci maddəsi üzrə (qiymətli əşyaların qanunsuz saxlanılması) iş açılıb./report