Rusiya Türkiyəyə Su-57 qırıcılarını bir şərtlə verəcək-Türkiyə...

Baxış sayı:
7023

Rusiya beşinci nəsil Su-57 qırıcısını satın alma şərti ilə, Türkiyəyə dördüncü nəsil qırıcı Su-35 satacaq. Bu barədə “Rostexa”nın beynəlxalq əməkdaşlıq üzrə direktoru Viktor Kladov, Dubai Airshow 2019 sərgisində Defense News xəbər agentliyinə bildirib.
“Türkiyə müasir aerokosmik texnologiyaların əldə edilməsinə çox maraq göstərir. Öz təyyarələrinin hazırlanması üzərində işləyirlər. Təyyarələrini inkişaf etdirmək istəyirlər və Türkiyənin bizdən Su-57 təyyarəsi almağı şərtiylə Su-35 ilə bağlı ilkin danışıqlarımız var. Niyə də olmasın? ABŞ Türkiyəyə beşinci nəsil Amerika qırıcısı F-35 satışı planlarını ləğv etdikdən dərhal sonra maraq yarandı "dedi.
Kladov qeyd edib ki, Rusiya və Türkiyə arasında heç vaxt yalnız Su-57-nin satılması məsələsinə toxunan danışıqlar olmayıb.
Ankaraya özünün beşinci nəsil qırıcı TF-X-ni yaratmaqda kömək etməsi barədə suala cavab verən menecer, Moskvanın hərəkət sisteminin qurulmasına kömək edə biləcəyini və ya tam hüquqlu bir tərəfdaş olacağını qeyd etdi. Kladovun sözlərinə görə, bunun üçün Türkiyənin təyyarəyə tələb etdiyi spesifik xüsusiyyətləri və “bazarın ölçüsünü” bilmək lazımdır.
Muxalifet.az