Rusiya televiziyasında NÖVBƏTİ YALAN: QALMAQAL MANİPULYASİYA

Baxış sayı:
3421

Rusiyadakı dövlət televiziya kanalı "Rossiya-1" də göstərilən bir fotoşəkil şübhəyə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 31 mayda Şimali Koreya səfərinin nəticələrinin dəyərləndirildiyi "Həftənin icmalı" proqramında Kim Jong Un gülər üzlü göstərilməsi bunun fotoşopla edilməsi şübhəsi yaradıb.
 
Lavrov ilə Kim Yong əl verərkən çəkilən şəkli linza altında tədqiq edən Rus bloqqerlər, dövlət televiziya kanalının aparıcısı Dmitri Kiselevun arxasındakı foto görüntüdə Şimali Koreya liderinin gülümsədiyini fərq edib. O gün çəkilən bütün şəkillər araşdırldığında isə Kimin heç bir görüntadə gülmədiyi, əksinə çox qaş-qabağlı olduğu ortaya çıxıb.

Şimali Koreya lideri Kim üz ifadəsinin fotoşop-la dəyişdirildiyi iddialarının yayılmasından sonra Rusiya dövlət televiziya kanalının rəhbəri və aparıcısı Kiselyov maraqlı bir açıqlama verib. Fotoşəkil üzərində oynadığını qətiyyətlə rədd edən Kiselev, "Fotoşəkillə qətiyyən oynamadıq. Bilirsiniz, günümüzdə fotoaparatlar saniyədə onlarla şəkil çəkirlər. Bizim proqramda istifadə etdiyimiz foto portreti də məhz bu anda çəkilən ayrı-ayrı şəkilləridən biridir " deyərək, özünü uğursuz şəkildə müdafiə etməyə çalışıb.
Müxalifət.az