Rusiya “Ovçu” adlı görünməz PUA sınaqdan keçirdi

Muxalifet.az inosmi.ru-ya istinadla bildirir ki, Rusiya şirkəti "Suxoy" radarlar üçün əlçatmaz olan S-70 pilotsuz təyyarələrin istehsalını intensivləşdirir. "Ovçu" pilotsuz təyyarəsinin yaradılması on ilə yaxındır davam edir, onun dizaynı cihazı radarlardan qaçırır.
Bu təyyarələrin istehsalına hələ 2011-ci ildə Rusiya Müdafiə Nazirliyi kompaniyanın qarşısında casus təyyarələrin istehsalı məsələsini qaldıranda başladı. Pilotsuz uçuş aparatlarının ilk modellərinin yaranması və ilk uğurlu sınaqları 2014-cü ilə təsadüf edir, müstəqil uçuş edə bilən ilk model isə 2017-ci ilin iyununda ərsəyə gətirilmişdir.
Avtomatik idarə olunan və saatda 200 kilometr sürətə çata bilən uçan aparat 2018-ci ildə ilk üçüş sınağından keçirildi.
Bu ilin may ayında Həştərxan vilayətinin Axtubinsk şəhərində Çkalov adına uçuş-sınaq mərkəzində təyyarələr 20 dəqiqə ərzində 600 metr yüksəklikdə sınaq uçuşları etdi.