Rusiya İsrailin bazalarını DƏNİZDƏN MÜHASİRƏYƏ ALDI

Baxış sayı:
11854

İsrailin Suriyadakı İran hədəflərini vurmasından sonra səssiz qalan Rusiya, böyük “kozır”ını oynamağa başlayıb. Holan Təpələrindəki İsrail bazalarının ətrafı dənizdən Rus raketləri ilə mühasirəyə alındı.
 
İsrailin son olaraq 9 mayda işğal etdiyi Suriyanın Holan Təpələrindən İran hədəflərinə qarşı keçirdiyi və 23 İran və Suriyalı əsgərin öldüyü raket hücumlarından sonra səssiz qalan Rusiya, bağlı qapılar arxasında mühüm qərar qəbil edib.
İsrailin kəşfiyyat təşkilatı “Mossad”a yaxınlığı ilə tanınan “DEBKA” saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin, 16 may tarixində Soçidə baş qərargah komandirlərinə verdiyi iki mühüm tapşırıq həyata keçirilməyə başlanıb. Belə ki, Livan, Suriya və İsrail sahillərinin qarşısına gələcək şəkildə Rusiyanın “Kalibr cruise” raketləri yerləşdirilməyə başlanıb. Digər tərəfdən, yüksək kalibrli və hər biri 500 kq partlayıcı gücünə malik raketlər atan Rus Golan-1000 raket sistemləri də Dəməşqin cənubuna yerləşdirilib.
 
CİDDİ ŞƏKİLDƏ MƏHDUDLAŞDIRIB
 
Eyni anda hava müdafiə gücünə də malik olan bu raketlərin İsrailin şimalındakı ən kritik müdafiə mövqeyi olan Holan Təpələrindəki bütün müdafiə xəttini tamamilə məhv edə biləcək gücdə olduğu ifadə edilib. Rusiyanın yeni strategiyası istiqamətində raketlərin də əlavə olunması ilə birlikdə İsrailin Suriyanın cənubunda hava hücumu etmək imkanı ciddi şəkildə məhdudlaşdırmış oldu.
Müxalifət.az