RUSİYA İSRAİLİ DƏNİZDƏN MÜHASİRƏYƏ ALDI - Raketlər hazır vəziyyətdə gözləyir!

Baxış sayı:
7639

İsrailin Suriyadakı İran hədəflərini vurmasından sonra əvvəlcə səssiz qalan Rusiya indi ən böyük kartını ortaya atıb. Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Golan təpələrindəki İsrail bazalarının ətrafı dənizdən rus raketləri ilə mühasirəyə alınıb.
İsrailin son olaraq, mayın 9-da, işğal elədiyi Golan təpələrindən İrandakı hədəflərə qarşı təşkil elədiyi, 23 nəfər iranlı və suriyalı hərbçinin öldüyü raket hücumlarından sonra açıqlama verməyən Rusiya mühüm bir əks-hücum qərarı verib.
İsrailin Mossad kəşfiyyat təşkilatına yaxınlığı ilə tanınan DEBKA saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin 16 may tarixində Soçidə Baş Qərargah komandirlərinə verdiyi iki mühüm göstəriş həyata keçirilməyə başlanıb. Rusiyanın “Kalibr kruiz” raketləri Livan, Suriya və İsrail sahillərinin qarşısını kəsəcək şəkildə yerləşdirilməyə başlanıb. Digər tərəfdən də yüksək kalibrli və hər biri 500 kq partlayıcı gücə malik raketlər ata bilən “Rus Golan-1000” raket sistemləri də Dəməşq şəhərinin cənubuna yerləşdirilib.

Çiddi şəkildə məhdudlaşdırıldı

Eyni anda hava hücumundan müdafiə gücünə də sahib olan bu raketlərin İsrailin şimalındakı ən əsas müdafiə mövqeyi olan Golan təpələrindəki bütün müdafiə xəttini tamamilə yox edə biləcək gücdə olduğu bildirilir. Rusiyanın yeni strategiyası istiqamətində raketlərin də əlavə edilməsindən sonra İsrailin Suriyanın cənubunda hava hücumu eləmək imkanı ciddi şəkildə məhdudlaşdırılmış olub.
Rusiya ordusu İsrailin qarşıdakı günlərdə Suriyanı, xüsusilə də orada İran qüvvələrinin yerləşdiyi bazaları yenidən hədəfə alacağına inanır. İsrail son dəfə mayın 9-da, Suriyanın cənubundakı Kuneytra rayonundakı Baas və Hadar bölgələrindəki 50-dən artıq hədəfə tank atışları və hava hücumları edib, İran İnqilabı Keşikçilərinə bağlı Qüds qüvvələri də buna qarşılıq olaraq Qolan təpələrindəki İsrail bazalarına bomba yağdırmışdı.
 
Dəməşq tamamilə azad edilərək Suriya dövlətinə qaytarılıb
 
Suriyada Əsəd hökuməti ilə İŞİD terror təşkilatı arasındakı razılaşma nəticəsində terror təşkilatı paytaxt Dəməşq şəhərinin cənubundakı Yermük düşərgəsini tərk edib. Bununla da Dəməşq şəhəri və onun ətrafına nəzarət son 7 ildə ilk dəfə tamamilə Suriya dövlətinə qayıdıb. Aprelin axırında əldə edilmiş razılaşma ilə ASO və “Heyet Tahrir Şam” da ərazidən köçmüşdü.