Rusiya ilə Gürcüstan arasında danışıqlar davam edir - NÖVBƏTİ MƏRHƏLƏ PRAQADA KEÇIRILƏCƏK

Baxış sayı:
10009

Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin normallaşmasına dair danışıqların növbəti mərhələsi fevralın 27-də keçiriləcək.
Gürcüstan Xarici İşlər Nazirliyi xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Praqada görüşəcəklər.
Məlumat üçün qeyd edək ki, Karasin-Abaşidze formatı 6 ildir ki, davam edir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə diplomatik münasibətlər pozulduqdan sonra iki ölkənin diplomatlarının ilk görüşü 2012-ci ilin dekabrında baş tutub.
Altı ildir davam edən danışıqlar hələlik heç bir əsaslı müsbət nəticə verməyib.
Sonuncu dəfə diplomatlar 2018-ci ilin oktyabrında Praqada görüşüblər./azərtac