​Rusiya donanması Aralıq dənizində hədəfinə çatdı

Baxış sayı:
3160

Rusiya Hərbi-Dəniz Donanmasının və Hərbi Hava-Kosmik Qüvvələrinin iştirakı ilə Aralıq dənizində həyata keçirilən təlimlər başa çatmaq üzrədir. Təlimdə planlaşdırılan bütün hədəflərə nail olunub.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Dəniz Qüvvələri komandiri Vladimir Korolev deyib. O bildirib ki, Aralıq dənizində reallaşdırdıqları təlimdə beynəlxalq hüquq qaydalarına zidd hərəkətə yol verilməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi-Dəniz Donanmasının və Hərbi Hava-Kosmik Qüvvələrinin iştirakı ilə Aralıq dənizində 1-8 sentyabr tarixlərində genişmiqyaslı təlimlər keçirəcəyi ilə bağlı məlumat yaymışdı.