Rusiya Azərbaycanın başını danışıq imitasiyası ilə qataraq, Qarabağ və Abxaziyanı ermənilərlə məskunlaşdırır - "Böyük Ermənistan" yaratmaq üçün

Baxış sayı:
4813

“Abxaz etnosunun kədərli sonunu gətirən “abxaz məsələsinin yekun qərarı” sürətlə yaxınlaşır. Abxazlara “ölkə vətəndaşlığı” olmayanlara əmlak satma icazəsi verərək açıqca təzyiq olunur. Bildiyiniz kimi, kor-koranə axmaqlığı üzündən, Separatçı "prezident" Raul Xacimba bunda daha çox "dekorativ" rol oynayır. Yəni separatçı iyerarxiyada ilk şəxs məhz “vitse-prezident” Aslan Bartsitsdir. O, əslində erməni lobbisinin “katibi” dir. Təsadüfi deyil ki, Aslan Bartsits separatçı hakimiyyəti Tavisupleba gürcü kəndində “Amşen” erməni bayramında və Mtsara kəndinin 140 illik yubileyində təmsil edərək, onu sevindirməyə çalışan erməni "ağaları" qarşısında yarınmağa çalışaraq "yayıldı ". Aslan Bartsitsin Abxaziyanın "qeyri-vətəndaşlara" daşınmaz əmlak satması üçün lobbiçilik etməsi bu məsələnin həll olunduğunu göstərir. Təbii ki, məsələnin “sifarişçisi” Şimalda işləyən rusiyalı təqaüdçülər deyil, erməni əsilli Rusiya vətəndaşları, habelə Ermənistan Respublikasından və qondarma “Dağlıq Qarabağ” subyektindən olan ermənilərdir. Və "Rus zəhmətkeşləri" ilə bağlı bütün müzakirələr yalnız "maskalanma" üçün aparılır. Abxaziyadakı ruslara sadəcə yaşamağa icazə verilməyəcək. Artıq etnik ruslar arasında (ilk növbədə təqaüdçülər arasında) yüzlərlə yaşayış evinin qanunsuz olaraq əlindən alınması hadisəsi var. Həm də rus iş adamlarının, hətta Abxaziyada məskunlaşan sadə rus avto çilingərinin öldürülməsi faktları da var. Abxaziya onsuz da əsasən erməniləşib. Ancaq ermənilərin çox olduğu yerdə rus qaldımı- burada yalnız rus icmasının yoxa çıxdığı Ermənistan Respublikasını, eyni zamanda Duxobor ruslarının "sıxışdırıb yoxa çıxardığı" Gürcüstanın Samtsxe-Cavxeti bölgəsini də xatırlaya bilərsiniz. Daşınmaz əmlakın əldə edilməsini və Abxaziyanın ermənilər tərəfindən tam məskunlaşdırılmasını asanlaşdırmaq üçün Abxaziya cəmiyyətini "parçalamaq" prosesi artıq başlamışdır. Abxaziyalılar sosial şəbəkələrdə qəzəblənirlər, lakin əsaslandırılmış şəkildə belə cavab alırlar ki, “Rusiya uzun illərdir ki, sizi “yedirdir ". “İndi ödəmək vaxtı gəldi! Daşınmaz əmlak və torpaqla”. Separatçı Abxaziyada daşınmaz əmlak satışına icazə verildikdən sonra abxaz etnosunun taleyi həll ediləcək. Nisbi əksəriyyətlə, ermənilər separatçı ərazidə mütləq və dominant çoxluq təşkil edəcəklər. Əvvəlcə abxazların payı "müharibədən əvvəlki " 17% -ə düşəcək, daha sonra daha da aşağı düşəcəkdir. Abxazlar artıq abxaz dili və mədəniyyətinin inkişafı üçün çox işlər görən gürcü qardaşları ilə deyil, əksinə onlara ümumiyyətlə "gəlmə-yabançı" olan, “sevdikləri” qədim mədəniyyətə mənsub olan abxazları tez zamanda bu torpaqdan “silməyi” planlayan amansız erməni millətçiləri ilə təkbətək qalacaqlar. P.S. Yazılanlardan görünür ki, ermənilər qarış-qarış Abxazıyanı "mənimsəyirlər". Dağlıq Qarabağı da özününkiləşdirməyi qanuni müstəviyə keçirə bilsələr, Abxaziyanı da ora birləşdirib bizim ciddiyə almadığımız "Böyük Ermənistan"ı reallaşdıracaqlar ki, bunda Rusiyanın xeyir-duasının olması görünür. Abxaziyada emənilərə bu şəraiti yaradan və Qarabağın da ermənilərdə qalmağına səbəb Rusiyanın olduğu sirr deyil. Danışıqlar və digər imitasiyalar ilə Azərbaycanın başı qatılır. kavkazplus.com Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az