Rusiya ABŞ-ın müqavilədən çıxmasının səbəbini açıqladı

Baxış sayı:
5932

ABŞ SSRİ dövründə imzalanan Orta və yaxın mənzilli nüvə müqaviləsindən rəsmən geri çəkilməklə çox ciddi bir səhvə yol verdi.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
"Vaşinqton çox ciddi bir səhv etdi. ABŞ dezinformasiyaya əsaslanan bir təbliğat kampaniyası apararaq müqavilə ilə bağlı böhran yaratdı. Səbəbi məlum idi: ABŞ sözügedən müqavilənin qoyduğu məhdudiyyətlərdən xilas olmaq istəyirdi", - bəyanatda qeyd edilib.