Rusiya ABŞ-da vurulacaq 5 hədəfi müəyyən etdi

Baxış sayı:
4885

 Rusiya müharibə olduğu təqdirdə Amerika Birləşmiş Ştatlarında vurulacaq 5 hədəfi müəyyənn edib.
 
Rusiyanın dövlət televiziyası “Russia-1” ABŞ-ın Rusiya üçün təhdid halına gədiyi təqdirdə hipersonik Tsirkon raketlərinin haraları hədəf alacağını açıqlayıb.
 
İlk hədəf Pentaqon
 
 Xəbərə görə, ABŞ-da Rusiyanın istehsal etdiyi Tsirkon hipersonik raketlərinin hədəfi ola biləcək 5 yer indidən müəyyənləşdirib. Bəhs edilən siyahıdakı ilk hədəfin ABŞ-ın yüksək səviyyəli hərbi komandirləri ilə yanaşı, baş qərargah rəisinin də yerləşdiyi Pentaqondur. İkinci hədəf isə Vaşinqtonun 100 km şimal-qərbində Camp David Hökumət Əmr Mərkəzi, ABŞ Dəniz Qüvvələri və Dəniz Piyadalarının yerləşdiyi Camp David Hökumət Əmr Mərkəzidir.
 
1998-də bağlanan baza da siyahıdadır
 
 APTV kanalına görə, Rus Tsirkon hipersonik raketlərinin bir başqa potensial hədəfi isə Fort Ritchie kompleksidir. Ancaq 1998-də rəsmi olaraq bağlanılan stansiyanın seçilmə səbəbi bilinmir. Dördüncü hədəf Kaliforniyada yerləşən Mccellan Strateji Döyüş Qüvvələri Komandanlığının Mərkəzidir. Mətbuatda yer alan xəbərə görə, beşinci hədəf isə çox aşağı tezlikli radio verilişləri istifadə edən və ABŞ sualtı gəmiləri ilə əlaqələri qurmaqdan məsul olan Cim Creek Nüvə Qüvvələr Komandanlığının Mərkəzidir.
 
Putin meydan oxudu
 
 Rusiya lideri Putin Federal Məclis və xalqa müraciət nitqində Tsirkon hipersonik raketinin səs sürətini 9 dəfə aşacağını və min kilometri aşan məsafələrə çata biləcəyini açıqlamışdı. Yenə Rusiyanın raket mütəxəssisi Sivkov da Tsirkon raketinin hava müdafiə sistemlərini, isti bir bıçağın kərə yağını kəsdiyi kimi kəsib keçəcəyi açıqlamasını vermişdi.
 Müxalifət.az