Rus bayrağı asıldı: Siyasi böhran yarandı

Baxış sayı:
12079

İngiltərənin Salisbury şəhərində yerləşən Məryəm Ana Kilsəsinin bərpa estakadasına Rusiya bayrağının asılması böyük böhrana səbəb olub. Keçmiş Rus casusu Sergey Skripalin zəhərləndiyi Salisburdakı kilsəyə Rusiya bayrağı asılıb. İngiltərənin ən qədim kilsəsinə RusUya bayrağının asılması yeni bir siyasi böhran yaradıb. Rusiya Konsulluğu bayrağı rusların asmadığını bəyan edib Salisbury Müqəddəs Məryəm Ana Kiliəsində bazar ibadətindən sonra 2 nəfər tərəfindən təmir üçün qirilmuş estakadalara asılan nəhəng Rusiya bayrağı İngiltərə mətbuatında geniş yer alıb. İngilis mətbuatı, Skripal davasından sonra Rusiyanın nəhəng Rusiya bayrağı asaraq güc nümayiş etdirməyə çalışdığını yazıb. Rusiya Konsulluğu bayrağın ruslar tərəfindən asılmadığını, Rusiyanın bu hadisə ilə bağlı əlaqəsinin olmadığını ifadə edərək hadisəni "təxribat” kimi səciyyələndirib. Həmçinin Rusiya Konsulluğu bayraq hadisəsiylə bağlı verdiyi bəyanatda, "Kilsəyə bayraq asma hadisəsinin ötən il baş verən Skripal hadisəsiylə əlaqələndirilməsi son dərəcə kədərlidir" deyə qeyd edib. Müxalifət.az