​Ruhani Qətər əmirinə zəng etdi: Yeganə yol...

Baxış sayı:
1444

İran Prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Saniyə zəng edib.
Muxalifet.az xəbər verir ki, Ruhani telefon danışığı zamanı Yəmən böhranının siyasi yollarla həll edilməli olduğunu deyib. Qətər əmiri də öz növbəsində bölgədəki problemlərin yalnız danışıqlar yolu ilə çözülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Yəmən qüvvələri və BƏƏ ölkənin Hudeydə şəhərində hərbi əməliyyatlar keçirir.