Ruhani İsveçrəyə gedir
18-06-2018 19:24
Baxış sayı:
1243

Iran Prezidenti Həsən Ruhani 2-3 iyul tarixlərində İsveçrəyə səfərə gedəcək.
Muxalifet.az xəbər verir ki, İran lideri bu ölkənin prezidenti Alen Berse və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
Məlumata görə, Ruhani A.Berse ilə iyulun 2-də Sürixdə görüşəcək və daha sonra müzakirələr olacaq.
“Rəsmi görüş növbəti gün baş tutacaq”, – deyə İsveçrə hökumətinin məlumatında deyilib.