​Rövşən Ağayev: “Bunun adı idarəsizlikdi…”

Rövşən Ağayev Facebook səhifəsində Mərkəzi Bankın məlumatlarını açıqlamamasına münasibət bildirib:
“İl artıq bitir, Mərkəzi Bank hələ də bir çox mühüm göstəricilər üzrə məlumatları açıqlamağa tələsmir. Diqqət edin:
1. Zərərlə işləyən bankların sayı barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb
2. Bank sektoru üzrə zərər və mənfəətin həcmi barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb
3. Bank sektoru üzrə gəlir və xərclərin həcmi, onların strukuru barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb
4. Bu ilin 2 və 3-cü rübləri üzrə maliyyə sabitliyi icmalı yayılmayıb
5. Bu ilin 3-cü rübü üzrə maliyyə siyasəti icmalı yayılmayıb
6. Tədiyyə balansı üzrə məlumat 6 aylıq açıqlanıb. Sonuncu dəfə isə əvvəlki rüblərdən fərqli olaraq tədiyyə balansı açıqlanan statistik cədvələ izahedici qoşma əlavə edilməyib
Belə idarəetmə olmur, bunun adı idarəsizlikdi…”