​Ronalda "Yuventus"da ilk qolunu vurdu - Rəsmi oyunda

Baxış sayı:
3319

İtaliya A Seriyasının dördüncü turunun növbəti oyunları keçirilib.
Muxalifet.az xəbər verir ki, "Allianz" stadionunda keçirilən qarşılaşmada A Seriyasında hələ də məğlubiyyət bilməyən iki klub - "Yuventus" və "Sassuolo" üz-üzə gəliblər. İlk üç oyununda qol vura bilməyən "Qoca sinyora"nın yeni transferi Kriştiano Ronaldo "Sassuolo" ilə görüşdə iki qolla yadda qalıb. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Fasilədən sonra matçın 50-ci və 65-ci dəqiqələrində Ronaldo iki dəfə fərqlənərək "Yuventus" klubunu hesabda önə çıxardıb. Qonaqlar oyunun sonuna yaxın qollardan birinin əvəzini çıxıblar. Babakar adını tabloya yazdırıb. Beləliklə, Ronaldo "Yuventus" klubunun heyətində ilk rəsmi oyununda iki qol vuraraq turinlilərə qələbə qazandırıb.
Turun gözlənilməz hesabı Rimdə isə qeydə alınıb. "Roma" doğma meydanda 2:0 hesabı ilə irəlidə olsa da, "Kiyevo" klubu oyunun sonlarına yaxın hesabı bərabərləşdirməyə nail olub.