​Rəhman Rəhmanovun müğənni oğlu: "Həbsxanada olarkən heç bir dostum yanıma gəlmədi"

Baxış sayı:
4600

Əməkdar artist Rəhman Rəhmanov və müğənni oğlu Emil verilişlərin birində qonaq olub.
Muxalifət.az xəbər verir ki, aktyor proqramda oğlu haqda heç kimin bilmədiyi açıqlamalar verib: "Emilin 12-13 yaşlarından səsi olub. O, bu istedadını məndən də gizlədib. Emil 13 yaşında idarə etdiyim toyların birində məndən xəbərsiz gəlib, mahnı oxudu. Mən Emilin yaxşı səsinin olduğunu həmin məclisdən sonra bildim".
Emil veriliş zamanı həbsxanadan qayıtdıqdan sonra heç kimlə dostluq etmədiyini bildirib: "Azadlığa buraxıldıqdan sonra heç kimlə dostluq etmirəm. Çünki həbsxanada olarkən heç bir dostum yanıma gəlmədi. Hazırda dostum atamdır"./sia.az/