RƏFAEL CƏBRAYILOVUN TİKDİYİ İKİ BİNA SÖKÜLƏCƏK – Məhkəmə qərarı - FOTO

Baxış sayı:
17557

Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən keçmiş deputat Rəfael Cəbrayılova və qardaşına məxsus “Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

Muxalifet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb:

“Məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır. Sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakif Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib. Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır”.

72232098_144179533507441_774171669034958848_n

72251603_144179503507444_5343660522837377024_n