Regional təhlükəsizlik sistemi: Türkiyə-Rusiya-Azərbaycan

Baxış sayı:
4960

Rusiyanın paytaxtı Moskvada təşkil edilən ‘Parlamentarizmin İnkişafı' Beynəlxalq Forumu işə başlayıb. Forumda çıxış edən Rus millət vəkili Dmitriy Savelyev, Türkiyə - Rusiya -İran və Türkiyə - Rusiya - Azərbaycan əməkdaşlığının yeni regional təhlükəsizlik sisteminin qurulmasına xidmət etdiyini söyləyib.
 
Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun koordinatorunun müavini Dmitriy Savelyev, dünyada qütbləşmə dərəcəsinin bu cür yüksək olduğu indiki vaxtda, parlamentarası diplomatiyanın ölkələr arasındakı etimad və qarşılıqlı anlayışı keçmiş səviyyəyə qaytara biləcəyindən əmin olduğunu söyləyib.
Dünya arenasındakı proseslərin bir çox risk və problem daşıdığı şərtlərdə, əhatəli müzakirələrin çox əhəmiyyətli olduğunu ifadə edən Savelyev, bu müzakirələr əsnasında, əməkdaşlığa fokuslanmış fərqli xalqların nümayəndələrinin siyasi böhranların öhdəsindən gəlmək və dünyadakı sülhü qorumaq üçün ortaq həllər axtardığını söyləyib.
Rus vəkil "Buna görə də parlamentar strukturların foruma olan marağı bu cür böyükdür. Bu tədbirlərə 132 ölkədən 800 parlamentar və mütəxəssis qatılır" deyib.
Forumun ən əhəmiyyətli qonaqlarından biri də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun olduğunu qeyd edən Savelyev, "Eyni zamanda, Asiya Parlamentar Assambleyasına başçılıq edən Şentop, dünyanın çox qütblü sistemə keçdiyi şərtlərdə, regional və qlobal mövzulardakı həllərin ortaq şəkildə axtarılmasının hər zamankındən daha əhəmiyyətli olduğunu vurğulayıb. Belə bir yanaşma, Rusiya və Türkiyə milli parlamentlərinin əməkdaşlığını xarakterizə edir. Moskvada yazda keçiriilən Suriya mövzulu Rusiya-Türkiyə-İran üçlü parlamentarası yığıncaq və Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı istiqamətindəki səylər, regional təhlükəsizlik sisteminin meydana gəlməsinə xidmət edir" deyə bildirib.
Rusiya-Türkiyə parlamentarası əməkdaşlığın son 3 ildə iki ölkə arasındakı əlaqələrin inkişaf səviyyəsinə uyğun yeni impuls qazandığını dilə gətirən Savelyev, "Üst səviyyə komissiyanın qurulmasıyla əlaqədar razılaşma imzalanmağa hazırlanır. Komissiyaya sırayla Rus və Türk parlamentlərinin başçıları başçılıq edəcək. Bu komissiya terrora qarşı mübarizə və uyğun ticarət və iqtisadi əlaqələrini təmin etmə problemlərini həll edəcək, yəni iki xalqımız arasında bağlar meydana gətirən hər şeylə məşğul olacaq" deyə əlavə edib.
Müxalifət.az