Ərdoğanla Trampın kürəkəni Kuşnerin görüşü başladı - Nələr danışılacaq?

Rəsmi görüşlər keçirmək üçün paytaxt Ankaraya gələn ABŞ prezidenti Trampın kürəkəni və baş müşaviri Kuşner prezidenti Ərdoğanla bu dəqiqələrdə bir görüş həyata keçirir.
Kuşneri Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və İran üzrə xüsusi nümayəndəsi Brayan Hoop da müşayiət edir.
Bir müddətdir ki, Yaxın Şərq turunda olan ABŞ nümayəndə heyəti Türkiyədən əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Omana səfər edib. Heyət İsrail-Fələstin arasında başlamaq istədiyi yeni sülh planı üçün dəstək axtarışındadır.
Yaxın Şərq sülhü danışılacaq
Heyətin Türk rəsmiləri ilə keçirəcəyi görüşlərdə, Yaxın Şərqdəki proseslər və sülh prosesində atılması lazım olan addımlar müzakirə olunması gözlənilir.
Qeyd edək ki, Kuşner Birləşmiş Ərəb Əmirliklərində verdiyi bir müsahibədə, "ABŞ-ın planının 90-cı illərdəki Oslo Anlaşması da daxil, keçmişdə göstərilən səylərin üzərində inşa ediləcəyini" söyləmişdi.
ABŞ-ın planının, təhlükəsizlik, sərhəd, qaçqın, Qüdsün statusu kimi başlıqları əhatə etdiyi bildirilir. Planın detallarının apreldə açıqlanması gözlənilir.
Müxalifət.az