ƏRDOĞANI YIXMAQ ÜÇÜN 12 MİLYARD DOLLAR

Baxış sayı:
4114

Sudanlı tədqiqatçı yazar Fatih Əli Hasaneyn, bəzi körfəz ölkələrinin seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən salmaq üçün 12 milyard dollar xərclədiyini açıqlayıb.
 
Sudan rəsmi xəbər agentliyi “SUNA”-da keçirilən bir tədbirdə, 24 iyun seçkilərinə dair şərh verən Hasaneyn, seçkilərə Körfəz ölkələri başda olmaqla, xarici qüvvələrin təsir etmək istədiyini bəyan edib.
Bir vaxt Bosniya Və Herseqovinanın ilk prezidenti mərhum Aliyə İzzətbegoviçin məsləhətçisi olan, Türkcə və Boşnak dilində bilən Hasaneyn, "Bəzi Körfəz ölkələri, Ərdoğanı hakimiyyətdən salmaq üçün 12 milyard dollar xərcləyib. Bununla yanaşı, ABŞ, Almaniya, İsveç və Norveç kimi ölkələrin də bənzər təsirləri var. ABŞ-ın Türkiyə daxilindəki satqın işbirlikçilərinə təsiri böyükdür" deyə, bildirib.
 
OSMANLI İRSİ İLƏ TÜRKİYƏ SİYASƏTİ GÜCLƏNƏRSƏ..
 
Akademik Usame el-Eşkar da regionun daxilində mövcud olan qeyri-adi şərtlərdə Türkiyədə ümumi seçkilərin keçiriləcəyinə diqqəti çəkib.
Türkiyəyə yönəlik konkret bir sıra ölkələrdən, əsasən də Avropalı tərəflərin rəhbərlik etdiyi regional bir sistem tərəfindən təcavüzün olduğuna işarə edən Eşkar, "Avropalı bəzi tərəflər, Osmanlı irsi ilə Türkiyə siyasəti güclənərsə və beynəlxalq sahədə əhəmiyyətli bir gücə çevrilərsə, Avropaya qarşı sərt olacağını zənn edirlər" deyə, qeyd edib.
Müxalifət.az