Ərdoğandan sanksiya və F-35 açıqlaması

Baxış sayı:
11446

G-20 Liderlər Zirvəsində iştirak etmək üçün Yaponiyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yaponiyanın “Nikkei” qəzetinə açıqlama verib. Ərdoğan "Trampı S-400 raketlərinin satın alınmasına qarşılıq Türkiyəyə sanksiya tətbiq etməməyə razı sala biləcəksinizmi" sualına bu cavabı verib:
 
Təhdid dili fayda gətirməz
 
"Görüşmələrimiz davam edir. Tramp ilə G-20-də bu məsələni detallı şəkildə müzakirə etməyi ümid edirəm. İndiyə qədər bizə yönəldilən narahatlıqları aradan qaldırmaq üçün, ortaq komissiya qurmaq da daxil olmaqla, fərqli təkliflər təqdim etdik. Prosesi relsindən çıxarmaq və təhdid dili istifadə etmək kimsəyə fayda gətirməz. S-400 məsələsini NATO və strateji ortaqlıq xətti çərçivəsində həll edəcəyimizə inanıram. F-35 proyekti üçün onsuz da 1,25 milyard dollar ödədik. Əgər elə səhv addım atarlarsa, məsələni beynəlxalq məhkəməyə daşıyarıq. İndiyə qədər etdiyimiz ödəmələri geri istəyərik".
Müxalifət.az