Ərdoğandan Bərzaniyə: “OTUR OTURDUĞUN YERDƏ”

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan IKYB-dəki qanunsuz referendum üçün yenə sərt danışdı, Bərzaniyə" otur oturduğun yerdə, pulun var, neftin var, rahat dur. " dedi.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikri Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində Polis Akademiyasının buraxılış mərasimində bildirib.
 Çıxışında IKBY-dəki qeyri-qanuni referenduma toxunan prezident Ərdoğan K. İraqdakı vəziyyəti Türkiyənin həll edə biləcəyi bir vəziyyət olduğunu vurğulayaraq, Bərzaniyə müraciət edib.
 Ərdoğan, "Şimali İraq Regional Rəhbərliyi mənasız bir şəkildə başladığı müstəqillik təşəbbüsü ilə sanki özünü odun ortasına atır. Şimali İraqda otur oturduğun yerdə, pul, pulun var, neftin var, rahat dur. Bizimlə, İranla, Federal Dövlətlə danışdın mı? Yox. Sən necə belə bir addım atırsan. Kim sizin müstəqilliyini qəbul edir"? İfadələrini işlətdi:
“İsrarla girişilən bu macəranın uğursuzluqla nəticələnməsi labüddür. Bu gün bir qəzetdə oxudum. Şimali İraqlı bir səlahiyyətli İsrail bayraqlarının olduğundan xəbərimiz yox deyir. Keçmişdə İsrailin Mossad Kəşfiyyat Xidməti ilə əməkdaşlıq edirdiniz, indi bu, yenidən alovlandı. Yeni Lavrentslər bu dəfə uğurlu ola bilməyəcək, bunu bilməyinizi istəyirəm”.
Müxalifət.az