ƏRDOĞANDAN AVROPAYA GÖZDAĞI: BÖYÜK GÖRÜŞ

Türkiyə prezidenti Ərdoğanın mühacirətdə olan Türk vətəndaşlarla görüşəcəyi Saraybosnadakı salon böyük görüşməyə hazır vəziyyətə gətirilib. Sabah Avropanın hər tərəfindən gələn mühacirlərə səslənəcək olan Ərdoğan, bu fəaliyyətlə seçki təbliğatına hər cür əngəl yaradan Avropa Birliyinin populist ritorika və davranışlarına da ən gözəl cavabı verəcək.
Prezident Tayyib Ərdoğan, sabah Bosniya və Herseqovinaya işgüzar səfəri həyata keçirəcək. Ərdoğan, Bosniya Və Herseqovinanın prezident Şurasının sədri İzzətbekoviç ilə təkbətək və heyətlər arası görüşlər keçirəcək, mühacirətdə yaşayan Türk soydaşlarla bir araya gələcək. Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-ci növbəti Baş Assambleyasında iştirak edəcək. Ərdoğanla yanaşı, Bosniya və Herseqovinanın Prezident Şurasının sədri Bakir İzzətbekoviçin də iştirak etməsi gözlənilən böyük görüş üçün Qərbi Avropa ölkələri ilə yanaşı, Balkan ölkələrindən 20 minə yaxın mühacirətdəki saydaşlar Saraybosnaya gələcək. UETD-in təşkilatları olan Almaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Macarıstan, Makedoniya, Norveçlə yanaşı, Bosniya və Herseqovinanın fərqli şəhərləri və bölgə ölkələrdən də ümumi heyətlə iştirak olacaq.
AVROPADAN DÜNYAYA
Baş Assambleya ərəfəsində UETD-in baş direktoru Zəfər Sırakaya, son hazırlıqların tamamlanmaq üzrə olduğunu deyib. UETD-in təşkilatçılığı ilə bütün Avropa ölkələrindən iştirakçıların olacağını deyən Sırakaya, "Bosniya və Herseqovinada bu tədbiri keçirərək, Avropa Birliyinə də populist çıxışlardan uzaq dayanması mesajı veriləcək - deyib.
Müxalifət.az