Ərdoğan üçün “Əcəvit planı” hazırlanıb - BAXÇALI
24-05-2018 14:40
Baxış sayı:
8713

2001-ci ildə Əcəvit, indi də Ərdoğan hədəf kimi seçilib.
Muxalifət.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.
“Türkiyəyə yatırılan sərmayə aktivliyini dayandırmağına bir nəticəsi olacağını düşünənlər yanılırlar. Ərdoğan birinci turda qələbə qazanacaq və qazanmalıdır. Çünki prezident hökumət sistemi önəmli bir sistem kimi ictimaiyyətə təqdim olunub, konstitusion zəmin yaradılıb, xalq səsverməsi ilə xalqın dəstəyini alıb və indi də bunu tətbiqetmə vaxtı gəlib çatıb. Bu sistemi geri çevirmək doğru deyil. Ərdoğana qarşı düşmənçiliyi qaldırmaq üçün müəyyən səylər var. İndi də iqtisadiyyata gəliblər. Eyni ssenari, hədəflər fərqli”, - Baxçalı bildirib.