Ərdoğan-Tramp görüşü başa çatdı – İlk açıqlama

Baxış sayı:
3814

Türkiyənin prezidenti Ərdoğanın G-20 Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Tramp ilə görüşü başa çatıb.
 
Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ əlaqələrinə yönəlik, "Strateji müttəfiqliyimiz təbii ki, bir çox sahədə həmrəyliyimizi sanki təşviq edir. Bundan sonrakı prosesdə də bu həmrəyliyimizin eyni şəkildə davam edəcəyinə olan inancım tamdır" deyib.
Ərdoğan "Bu anda 75 milyard dollarlıq bir ticarət həcmi nöqtəsindəki zirvəyə doğru irəliləmə həmləmiz var. Müdafiə sənayesinə yönəlik atdığımız addımlar, atacağımız addımlar var, amma hər şeydən kənar, bir də strateji müttəfiqliyimiz var. Bu strateji müttəfiqliyimiz təbii ki, bir çox sahədə həmrəyliyimizi sanki təşviq edir. Bundan sonrakı prosesdə də bu həmrəyliyimizin eyni şəkildə davam edəcəyinə olan inancım tamdır" deyə söyləyib. 
 
GÖRÜŞ 35 DƏQİQƏ DAVAM EDİB
 
Ərdoğanın ABŞ prezidenti Tramp ilə görüşü 35 dəqiqə davam edib.
Görüşdə Xarici İşlər naziri Mevlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar, Prezidentliyin Əlaqələr rəhbəri Fahrettin Altın, Prezidentliyin sözçüsü İbrahim Kalın, MİT rəhbəri Hakan Fidan və AK Partiya sədrinin müavini Cövdət Yılmaz da iştirak edib.
Müxalifət.az