Ərdoğan: "Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır"

"Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışında söyləyib. O, bu il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcminin 25 mlrd dolları keçdiyi vurğulayıb: "Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 mlrd dollara çatdırmaqdır. Rusiyadan ölkəmizə gələn turist sayında rekord göstərici qeydə alınıb. Bu il 6 milyona yaxın rusiyalı turistin ölkəmizə gəlməsini gözləyirik".
Türkiyə prezidenti ölkəsi ilə Rusiya arasında kosmik və aviasiya sahəsində əməkdaşlıqdan da danışıb. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərə impuls verəcəyini qeyd edib.
R. T. Ərdoğan göstərdiyi qonaqpərvərliyə görə Vladimir Putinə təşəkkürünü bildirib.