Ərdoğan niyə S-400 istəyir? - Alman qəzeti yazdı

Baxış sayı:
5608

Almaniyanın “Deutsche Welle” qəzetində yer alan bir məqalədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın niyə Rus S-400 raketdən müdafiə sistemlərini seçdiyi qeyd olunub.
 
Məqaləyə görə, S-400-lər həm fərqli raketlərlə təhciz edilə bilir, həm də qiyməti ABŞ-ın “Patriot” sistemlərindən iki dəfə daha ucuzdur. Bundan başqa, Ərdoğanın bu silah üçün NATO-dakı tərəfdaşları ilə anlaşılmazlıq yaşaması üçün başqa səbəblər də var.
 
S-400-lər DİGƏR SİSTEMLƏRDƏN DAHA GÜCLÜDÜR
 
Məqaləyə görə, uzun və orta mənzilli bir raketdən müdafiə sistemi olan S-400, İkinci Dünya Müharibəsindən sonra Sovetlər İttifaqında çıxarılan və daha sonra müasir Rusiyada modernize edilən silah ardıcıllığının ən inkişaf etmiş modelidir.
S-400 təyyarələr və taktika ballistik raketlərlə yanaşı, 27 kilometr irtifaya qədər insansız hava vasitələrini də məhv edə bilir.
Almaz-Antey müdafiə sənayesi şirkətinin istehsal etdiyi sistem ayrıca bir əmr mərkəzi, mobil radar stansiyası və raket atma təhcizatını ehtiva edir. Bundan başqa Rusiyaya görə, bu sistem Fransa və ya ABŞ-dakı bənzərlərindən daha güclüdür.
 
'RUSİYA RAKET İSTEHSALINDA HƏR VAXT DAHA YAXŞI İDİ'
 
İngiltərədəki Birmingham Universitetindən Richard Collony da sistemlə əlaqədar ''Qərb ən yaxşı təyyarələri çıxararkən, Rusiya hər vaxt raket istehsalında lider mövqedə idi'' deyə söyləyib.
Colloni-yə görə, bununla yanaşı, S-400 istifadə baxımından daha çox elastiklik təmin edir. Sistemdə fərqli növdən raketlər istifadə edilə bilir. Sistemin bir başqa üstünlüyü isə qiymətidir. S-400 ABŞ-ın “Patriot” sistemindən iki dəfə ucuzdur.
Digər tərəfdən, Türkiyənin Rus silahını seçməsinin arxasında siyasi bir səbəb də ola bilər. ABŞ istehsalı silahlara qarşı istifadə edilə bilinməsi S-400-ün Ankara üçün cazibədarlığını artırır.
Ankara ayrıca Rusiyadan texnologiya transferi etməyi də planlayır. S-400-ün bəzi parçaları da Türkiyədəki fabriklərdə istehsal olunacaq.
Müxalifət.az