“Ərdoğan NATO-dan çıxmağa hazırdır” – Jirinivskidən iddia

Baxış sayı:
9721

Rusiya Liberal Demokrat Partiyasının (LPDR) lideri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş əsnasında NATO-dan çıxmağa hazır olduqlarını söylədiyini iddia edib.
 
“Telegram”-da açıqlama edən Vladimir Jirinovski, "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu söylədi. Avropa Birliyinin üzvü olmaq istəyirlər, ancaq qəbul edilmirlər. Tələbləri bir-bir yerinə yetirirlər, ancaq qəbul edilmirlər. NATO-ya isə ilk qəbul edilənlərdən oldular, çünki olduqları bölgə Rusiyaya qarşı hərəkətlər üçün uyğundur" deyə qeyd edib.
Jirinovski Rusiya ilə Türkiyə arasındakı əlaqələrin gələcəkdə Belarus və Gürcüstanla olandan daha yaxşı vəziyyətə gələ biləcəyini ifadə edib.
Müxalifət.az