​RASİM BALAYEV ƏMƏLİYYAT MASASINDADIR

Baxış sayı:
7126

Azərbaycan kinosunun siması Gömrük Hospitalında müalicəyə götürülüb
Azərbaycan kinosunun əsas simalarından biri, xalq artisti, tanınmış sənətkar Rasim Balayev əməliyyat masasındadır.
Hurriyyet.org-un aktyorun ailəsindən aldığı məlumata görə, Rasim Balayevin səhhətində yaranan problemlər bu əməliyyatı qaçılmaz edib: “Kiçik bir əməliyyatdır. Yenicə başlayıb. İnşaallah, tezliklə də qurtarar. Onu peşəkar həkimlərə əmanət eləmişik”.
Xatırladaq ki, bir müddət əvvəl aktyor özü mətbuata açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi. Qeyd etmişdi ki, son zamanlar depressiya dərmanları qəbul edir. Eyni zamanda şəkər və təzyiqdən də əziyyət çəkir.
Azərbaycanın sevimlisi olan sənətkara biz də şəfa diləyir, tezliklə sağlığına qovuşmasını arzulayırıq.