Ramil Şeydayevin Avstriya klubuna transferi baş tutmadı
7-07-2018 12:05
Baxış sayı:
3604

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Avstriya "Mattersburq"una transferi baş tutmayıb.
Muxalifet.az "Fanatik"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə Budesliqa klubu arasındakı danışıqlardan müsbət nəticə əldə olunmayıb.
Bu səbəbdən, o, müqavilə üzrə məxsus olduğu Türkiyə "Trabzonspor"unun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, R.Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.