Qəzza zolağında toqquşma — 21 yaşlı qız öldü, 100 fələstinli yaralanıb
1-06-2018 22:32
Baxış sayı:
6340

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma olub.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 1 nəfər ölüb, 100 fələstinli yaralanıb. Ölən şəxsin 21 yaşlı fələstinli qız olduğu bildirilir.
Bundan əvvəl Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb.