​Qurban Qurbanov diktator kimidir, hər şeyi bilir - Ndlovu

Baxış sayı:
6244

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Ağdam klubunun transfer gündəmində olan zimbabveli futbolçu Xama Biliata məsləhət verib.
Muxalifet.az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun nizam-intizama çox diqqət yetirdiyini bildirən cənubi afrikalı forvard Billata Ağdam klubuna keçməzdən əvvəl ətraflı düşünməyi tövsiyə edib:
"Ona məsləhətim budur ki, əgər "Qarabağ"a keçsə, 100 də yox, 1000 faiz futbol haqda düşünməlidir. Komandanın baş məşqçisi Qurban Qurbanov diktator kimidir (gülür). Gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir. O rahatlıqla futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşa bilər. Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir. Qurban Qurbanov özü futbola bağlıdır. Oyunçulardan da bunu tələb edir. O, istəyir ki, oyunçuları yatanda da futbolu düşünsün. Billiat da "Qarabağ"da futboldan başqa heç nə düşünə bilməyəcək".
Xatırladaq ki, hazırda Çinin "Xançjou Qrintaun" klubun oynayan Ndlovu 2016-2017 mövsümündə "Qarabağ"da çıxış edib.